VAR-YOXUNU XORUZA YÜK ELƏMƏK
VARFOLOMEY GECƏSİ
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
II Vardan
II Vardan (Qafqaz Albaniyası çarı) — Qafqaz Albaniyasının XIII çarı. II Vardan (Parfiya çarı) — Parfiya hökmdarı.
Vardan Areveltsi
Vardan Areveltsi, həmçinin Şərqli Vardan (erm. Վարդան Արևելցի) və ya Böyük Vardan (təq. 1198, Gəncə, Arran, Eldənizlər – 1271, Xorvirab monastırı) — ermeni tarixçisi, coğrafiyaçısı, filosofu, dilçisi, tərcüməçisi, müəllimi və kilsəsi və ictimai xadimi. Vardan ya Kilikiyada, ya da indiki Bərdə şəhəri yaxınlıqlarında anadan olmuşdur. İbtidai təhsilini evdə və Qoşavəng monastırında almış, Mxitar Qoşun tələbəsi olmuşdur. Bundan sonra o, Ovannes Vanakan ilə indiki Tavuş mərzinin Çinari kəndi ərazisində yerləşən Xoranaşat monastırında təhsilini davam etdirmiş, burada qrammatika, ilahiyyat və kitab biliyini təkmilləşdirmişdir. O, erməni dili ilə yanaşı, yunan, süryani, fars, həmçinin ivrit və latın dillərini də bilirdi. O, vardapet və 1235-ci ildən rabunapeta dərəcəsi aldıqdan sonra tədqiqat fəaliyyətini inkişaf etdirmişdir. Vardan 1235–1239 və 1252–1255-ci illərdə Kayenaberddə Müqəddəs Andrey monastırının məktəbini qurmuşdur. 1239-cu ildə Yerusəlimə yola düşmüşdür.
Vardan Stepanyan
Vardan Stepanyan (erm. Վարդան Ստեփանյան; 8 mart 1966, İrəvan – 3 iyul 1992, Mirikənd, Xocavənd rayonu), daha çox Düşmən Vardan kimi tanınır — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı. O, Ermənistanda əhəmiyyətli bir hərbi komandir sayılır. Vardan Stepanyan 9 mart 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. 1983-cü ildə İrəvanda yerləşən 32 saylı Tumanyan məktəbini bitirdikdən sonra Sovet Ordusuna çağırılmışdır. 1984–1986-cı illərdə Əfqanıstanda xidmət etmişdir. Oradakı xidmətlərinə görə Stepanyan "İgidliyə görə" medalı və "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilmişdir. Sovet Ordusundan tərxis olunduqdan sonra Stepanyan İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. Stepanyan 1988-ci ilin əvvəlində Qarabağ hərəkatına qoşulmuşdur. O, əvvəlcə Qarabağ ermənilərinə silah və texnikanın verilməsində Əfqanıstan müharibəsinin erməni veteranları qrupuna rəhbərlik etmişdir.
Vardan Aykazn
Vardan Aykazn və ya Vardan Haykid (erm. Վարդան Հայկազն; XI əsr – XII əsr) — XI–XII əsrlərdə yaşamış erməni şairi. Vardanın sağ qalmış yeganə əsəri "Ermənilərin mübarək və müqəddəs katolikosu Qriqori Martirofilin ölümü ilə bağlı dəfn elegiya"sıdır (erm. «Տաղ գերեզմանական վասն փոխման երանեալ եւ սուրբ Կաթողիկոսին Հայոց Գրիգորի Վկայասերի»). "Elegiya" 1105-ci ildə bütün ermənilərin katolikosu II Qriqori Martirofilin vəfatı münasibətilə yazılmışdır və erməni ədəbiyyatında ilk bioqrafik poemadır. Bu əsər müəllifin vətənpərvərlik hisslərini aydın şəkildə ifadə edir. Vardan Ermənistandakı vəziyyətdən həyəcanla danışır, katolikosun ölümünü milli faciə kimi təqdim edir. Göründüyü kimi, Vardanın "Elegiya"sı Nerses Şnoralinin "Edessanın tutulması haqqında elegiya"sının yaranmasına müəyyən təsir göstərmişdir. Klassik erməni dili ilə danışıq dilinin qarışığında, səkkiz hecalı sətirlərlə yazılmışdır. Bu əsərdə Qriqor Magistrosun yaradıcılığının təsiri hiss olunur.
Vardan Mamikonyan
Vardan Mamikonyan (erm. Վարդան Մամիկոնեան ; təq. 387 - 451) - 450-451-ci illərdə Sasani İranına qarşı üsyana rəhbərlik etmiş olan erməni hərbi lideridir. O, Mamikonyanlar zadəgan ailəsinin başçısı və irsi sparapet titulunun sahibi, eyni zamanda da Ermənistan silahlı qüvvələrinin baş komandanı idi. Vardan və onun əksər silahdaşları 451-ci ildəki Avarayr döyüşündə həlak olsalar da, onların fədakarlığı erməni tarixçiləri Yeqişe və Lazar Parpetsinin əsərlərində əbədiləşdirilmişdir. O, ermənilər arasında milli qəhrəman sayılır və erməni kilsəsinin şəhidi və müqəddəsi kimi hörmətlə anılır. Vardan və onun rəhbərlik etdiyi üsyan bir çox sənət və ədəbiyyat əsərlərində xatırlanmışdır. Arşak Çobanyanın fikrincə, “Vardan erməni xalqı üçün ən sevimli şəxsiyyət, erməni tarixinin ən müqəddəs şəxsi, erməni milli ruhunun ən simvolik qəhrəmandır”. Vardan Mamikonyan təxmini olaraq 387-ci ildə Taron rayonunun Aştişat qəsəbəsində Hamazasp Mamikonyan və erməni patriarxı Saakın qızı olan Saakanoyşun oğlu olaraq anadan olmuşdur. Onun özündən kiçik olan Hamazasp və Hmayeak adlı iki qardaşı var idi. O, Eçmiədzində Patriarx Sahak və Mesrop Maştots tərəfindən təsis edilmiş olan məktəbdə təhsil almışdır.
Vardan Oskanyan
Vardan Minasi Oskanyan ( erm. Վարդան Մինասի Օսկանյան; 7 fevral 1955, Hələb) — Ermənistan siyasətçisi və diplomatı, 1998–2008-ci illərdə prezident Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışmışdır. "Sivilitas fondu" təsisçisidir. == Siyasi fəaliyyəti == 2012-ci ildə Oskanyan Çiçəklənən Ermənistan Partiyasının namizədi olaraq Ermənistan Milli Assambleyasına deputat seçilmişdir. 2012-ci ilin oktyabrında o zaman Ermənistan Respublika Partiyasının nəzarətində olan Milli Assambleya Oskanyanın toxunulmazlığının təqibdən çıxarılmasına səs vermişdir. O, Con Hantsmenin Oskanyanın "Sivilitas fondu"na 2 milyon dollar ianəsi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunurdu. Oskanyan cinayət işinin siyasi motivli olduğunu və özünün və Çiçəklənən Ermənistan Partiyasının Serj Sarkisyan administrasiyasını tənqid etməsinə reaksiya hesab etmişdir. Oskanyan ianənin bir hissəsini ehtiyatsızlıqdan şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmiş və cinayət işinə xitam verilmiş, məsələ məhkəmədən kənar həll olunmuşdur. 2015-ci ilin martında Oskanyan Çiçəklənən Ermənistan Partiyasını tərk etmişdir. 2016-cı ilin aprelində Oskanyan Birlik Partiyasını yaratmışdır.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
II Vardan (Parfiya çarı)
II Vardan (v. 58) — Arşakilər sülaləsindən atası çar I Vologez və ya I Vardana qarşı Parfiya imperiyasının bir hissəsində qısa müddətə hökmranlıq etmiş Parfiya hökmdarı. II Vardan 55–58-ci illərdə atasına qarşı üsyan qaldırmış və Midiyanın paytaxtı Ekbatanı işğal etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ellerbrock, Uwe. The Parthians: The Forgotten Empire. Oxford: Routledge. 2021. ISBN 978-0-367-48190-2. Sellwood, David (1983). "Parthian Coins".
II Vardan (Qafqaz Albaniyası çarı)
II Vardan (v. 711) — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir.